Hərbi xidmətçilər və onların ailələri üçün evlərin qanunlaşdırılma layihəsi başladı
Hərbi xidmətçilər və onların ailələri üçün evlərin qanunlaşdırılma layihəsi başladı

Hərbi xidmətçilər və onların ailələri üçün Müdafiyə Nazirliyinin balansında olan evlərin qanunlaşdırılması prosesi başladı.

Müdafiyə Nazirinin müavini Cuanşer Burçuladzenin brifinqdə bəyan etdiyinə görə, mənzillərin təhvil verilməsi prosesinin effektiv və ədalətli şəkildə aparılması məqsədi ilə, nazirin əmri ilə, xüsusi komisiya yaradıldı, hansına Nazirlik və Müdafiyə qüvvələrinin müvafiq nümayəndələri daxildirlər.

Nazirliyin balansında mövcud olan 5000-ə qədər mənzilin faktiki sahibləri üçün qanunlaşdırması haqqında qərarı iqtidar iyulun 17-də verdi.

Müdafiyə Nazirliyinin məlumatına görə, evlərin qanunlaşdırılması nəticəsində, minlərlə ailələrin illərdir mövcud olan problemi həll olunacaq və bu da onların sosiyal vəziyyətini düzəldəcək.

Müdafiyə Nazirliyinin balansında olan mənzillər hərbi xidmətçilər, qaçqınlar və sosiyal cəhəddən müdafiyəsiz vətəndaşlar üçün qanunlaşdırılacaq.