Hərbi hazırlıq kursuna yazılan rekrutlara 500 larilik maaş veriləcək
Hərbi hazırlıq kursuna yazılan rekrutlara 500 larilik maaş veriləcək

Gürcüstanın Müdafiyə Qüvvələrinin tarixində ilk dəfə, Müdafiyə Nazirinin qərarı ilə, ilkin hərbi hazırlıq kursuna (BCT) yazılan rekrutlar 500 lari məbləğində maaş alacaqlar.

Bu barədə məlumat Müdafiyə Nazirliyinin bəyanatında verilir.

Nazirlikdə bəyan edirlər ki, əvvəldən üç aylıq kurs kontrakt xidmətinə  keçənə qədər pulsuz keçirilirdi.

“Kontraktla hərbi xidmətə qoşulanlar üçün yenə bir yenilik var, – hərbi hissələrdə müasir NATO standartlarına müvafiq infrastruktur.

Bugündən etibarən, 319 rekrut hərbi həyatın ilk mərhələsini Vazianidə, ilkin hərbi hazırlıq (CTC) mərkəzində keçəcəklər. İlkin hərbi hazırlıq kursunu keçdikdən sonra, rekrutlar hərbi and içəcəklər və Gürcüstanın Silahlı Qüvvələrini tam üzvü olacaqlar.

İlkin hərbi hazırlığın ilk mərhələsi Davit Ağmaşenebeli adına Milli Müdafiyə Akademiyasında keçirilir.

Milli Müdafiyə Akademiyasında BCT kursun teoriya hissəsi 11 gün davam edir.