Hakimiyyət və müxalifətin dialoqunun bərpası məsələsi üzrə, Salome Zurabişvili Avropa İttifaqının, Avropa Şurasının, ABŞ və Almaniya səfirləri ilə görüşdü
Hakimiyyət və müxalifətin dialoqunun bərpası məsələsi üzrə, Salome Zurabişvili Avropa İttifaqının, Avropa Şurasının, ABŞ və Almaniya səfirləri ilə görüşdü

Prezident siyasi dialoq və barış proseslərinə qatılması üçün bir daha hazır olduğunu ifadə edir, – bu barədə Gürcüstan prezidenti, Salome Zurabişvilinin administrasiyası tərəfindən yayılan bəyanatda deyilir.

Salome Zurabişvili Avropa İttifaqı, Avropa Şurası, ABŞ və Almaniya səfirləri ilə görüşdü.

“Gürcüstan prezidenti siyasi opponentlər ilə dialoqun bərpa edilməsi yollarının tapılması ilə bağlı səfirlər ilə görüşdü. Görüşdə Gürcüstanda Avropa İttifaqının səfiri Karl Hartsel, Avropa Şurasının səfiri Kristian Uarse, ABŞ-ın səfiri Kelli Deqnan və Almaniya səfiri vəzifəsinin icraçısı Mixael Fabri iştirak edirdilər.

Tərəflər Gürcüstanda cari proseslər ilə bağlı məlumat mübadiləsi apardılar və prezident siyasi dialoq və barış proseslərinə qatılması üçün bir daha hazır olduğunu ifadə etdi”, – Gürcüstan prezidenti administrasiyasının bəyanatında deyilir.