Haitidə zəlzələ qurbanlarının sayı 14-ə qədər artdı
Haitidə zəlzələ qurbanlarının sayı 14-ə qədər artdı

Haitidə zəlzələ nəticəsində həlak olanların sayı 14-ə qədər artdı. Fəlakət ölkənin şimali hissəsinə ziyan vurdu. 200-ə qədər insan xəsarət alıb.

ABŞ-ın geoloji xidmətinin məlumatına görə, oktyabrın 7-də baş verən zəlzələnin gücü 5,9 maqnituda idi. Episentri Por Di Pe şəhərində 19 kilometr aralıda idi.

Onlaca yaşayış evi dağılıb.

Haiti prezidenti zəlzələ nəticəsində ziyan vurulan bölgəyə polis və hərbiçilərin əlavə qüvvələrini göndərdi.