Gürcüstanın Türkiyədəki səfiri Gürcü Xatun və oğlunun yeni tapılan sarkofaqının fotolarını yayır
Gürcüstanın Türkiyədəki səfiri Gürcü Xatun və oğlunun yeni tapılan sarkofaqının fotolarını yayır

Gürcüstanın Türkiyədəki səfiri Giorgi Cancğava sosiyal şəbəkədə, Gürcü Xatun və oğlunun yeni tapılan sarkofaqının fotolarını yayır

“Eksluziv olaraq, Ərzurumdan! Çox xöşbəxtəm ki, Gürcü Xatun və onun oğlu sultan Ala Addin Key Kubat II-nin qəbr daşlarını görmək şərəfi ilk mənə verildi.

Sarkofaqda tapılan sümüklər ekspertizaya göndərilib.

Əminəm ki, Gürcüstan və Türkiyənin mədəni irsi ictimaiyyətin marağına səbəb olacaq” – yazır səfir Cancğava Facebook-da.

Kraliçə Tamarın nəvəsi olan Tamar Baqrationi, eyni zamanda, Gürcü Xatun, Rum sultanının həyat yoldaşı idi.

Onun qəbrini indiyə qədər tapa bilmirdilər.