Gürcüstanın onuncu çağırış Parlamentinin ilk iclası cari həftə keçirilməlidir
Gürcüstanın onuncu çağırış Parlamentinin ilk iclası cari həftə keçirilməlidir

Gürcüstanın onuncu çağırış Parlamentinin ilk iclası cari həftə keçirilməlidir. Qanunvericiliyə müvafiq olaraq, ilk iclası Gürcüstan prezidenti, Salome Zurabişvili təyin etməlidir.

Qanunvericiliyi nəzərə alaraq, yeni seçilmiş Parlamentin ilk iclası, rəsmi nəticələrin elan olunmasından on gündən gec olmayaraq keçirilməlidir. Mərkəzi Seçki Komissiyası yekunlaşdırıcı protokolu 3 dekabrda dərc etdirdi və doqquz siyasi partiyaya Parlament mandatını bölüşdürdü.

İlk iclasın prosedur hissəsinə gəldikdə, Mərkəzi Seçki Komissiyası Parlamentin tam tərkibinin üçdə ikisini seçilmiş olaraq elan etsə, Parlament fəaliyyətinə başalayacaq. Yeni seçilmiş Parlamentin ilk iclası isə, açıla bilər əgər burada yeni seçilmiş Parlamentin tam tərkibinin yarıdan çoxu iştirak edərsə.

Onuncu çağırış Parlamentinin ilk iclasını Gürcüstan prezidenti açacaq. İclasda həmçinin, Mərkəzi Seçki Komissiyasının sədri iştirak edəcək.

İlk iclasın açılışından sonra, prezident sözü Parlamentin yaşlı üzvünə verəcək və o, sədrin seçilməsinə qədər iclasa rəhbərlik edəcək.

MSK-nın yekunlaşdırıcı protokoluna əsasən, onuncu çağırış Parlamentinə doqquz siyasi partiya düşdü. Buradan səkkizi müzalifət partiyasıdır və biri “Gürcü Arzusudur”. Parlamentdə 90 deputatı hakimiyyətin, müxalifətin isə, 60 deputatı olacaq. Bu vaxt üçün məlum olan məlumata görə, müxalif partiyalar Parlamentə daxil olmaqdan imtina edirlər və hakimiyyət qarşısında öz tələblərini irəli sürürlər.

Şərh yaz