Gürcüstanın Xarici İşlər Nazirliyi - İtaliya tərəfi ərazi bütövlüyümüzü qəti şəkildə dəstəklədiyini bildirdi
Gürcüstanın Xarici İşlər Nazirliyi - İtaliya tərəfi ərazi bütövlüyümüzü qəti şəkildə dəstəklədiyini bildirdi

İtaliya tərəfi işğal altında olan regionlarımızın müstəqil bir dövlət olaraq, tanınmamaq siyasətini və ərazi bütövlüyümüzü dəstəklədiyini bildirdi, – bu barədə bəyanatı Gürcüstanın Xarici İşlər Naziri Mətbuat və İnformasiya departamentində, işğal altında olan Sxinvalinin  de-fakto Xarici İşlər Nazirinin İtaliyaya, Sitsiliya adasına gedib, Randatso şəhərinin meri ilə görüşməsi məsələsi ilə bağlı verdi.

İdarənin məlumatına görə, Rusiya Federasiyası, Gürcüstanın işğal altında olan ərazilərinin beynəlxalq ictimaiyyət tərəfindən müstəqil dövlətlər olaraq, tanındığı haqqında yanlış fikir yaratmağa davam edir.

“Əlbəttə ki, Rusiyanın belə cəhdləri nəticəsizdir, çünki beynəlxalq ictimaiyyət və eləcə də İtaliya, işğal edilmiş ərazilərdəki vəziyyəti qınayır və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir.

Diplomatik kanallarımız vasitəsi ilə, dərhal İtaliya tərəfinə nüvafiq məlumatı verdik və İtaliya tərəfi də Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini dərhal bildirdi.

Beynəlxalq ictimaiyyətə və həmçinin, İtaliyaya Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edirik” – deyilir XİN-in bəyanatında.