Gürcüstanın İsraildəki Səfirliyi müqəddəs atəşin gəlmə mərasimində iştirak etmək istəyənlərə müraciət edir
Gürcüstanın İsraildəki Səfirliyi müqəddəs atəşin gəlmə mərasimində iştirak etmək istəyənlərə müraciət edir

Gürcüstanın İsraildəki Səfirliyi aprelin 27-də, İsa Kilsəsində,  müqəddəs atəşin gəlmə mərasimində iştirak etmək istəyənlərə müraciət edərək, bəyanat yayır.

İsraildəki səfirliyin məlumatına görə, hər il İsrail polisi atəşin gəlmə mərasimi zamanı xüsusi təhlükəsizlik tədbirləri görür.

“Sağlamlıq vəziyyəti yaxşı olmayan insanlara, orada ehtimal edilən insan çoxluğu və izdihama görə, İsa Kilsəsinə getməkdən baş qaçırdmaları tövsiyyə edilir.  Mərasimdə iştirak edənlər isə, polisin verdiyi hər cür işarələrə tabe olmalıdırlar. Həmçinin, polisə hərhansı növ cavab qaytarmaq da qanun pozuntusu və polisə müqavimət olaraq qəbul edilə bilər.

Həmçinin, vətəndaşlar Yerusəlimin qədim kilsəsinə “sözdə” “xüsusi brasletlərlə” girməməlidirlər, çünki, saxta biləziklər onların kilsədən qovulmalarının səbəbi ola bilər.

Əgər Gürcüstan vətəndaşları qədim şəhərdə itsələr, polisə və yaxud növbəti nömrəyə zəng elləyə bilərlər:  +972 26226100.