Gürcüstanın ilk televiziyası 64 yaşında oldu
Gürcüstanın ilk televiziyası 64 yaşında oldu

Gürcüstanın ilk televiziyası yubileyni qeyd edir. 1956-ci ilin 30 dekabrında, düz 64 il bundan əvvəl, funiklyorda, diktor maket studiyasında ölkənin tarixində ilk dəfə olaraq Liya Mikadze və Aleksandra Maçavariani birbaşa efirə çıxdılar.

Mavi ekra düz saat 20:00-da quruldu. Studiya ilk başdan iki gündən bir efirə çıxırdı. On ildən sonra televiziya yeni ünvana, Kostava küçəsə N68-ə keçdi. Miqyaslar və əhatə arealı genişləndirildi. İnformasiya xidməti kanalda 60-ci illərin sonunda yaradıldı. “Son Xəbərlər” adı 1968-ci ildə “Moambe” ilə əvəz olundu.

Bu gün İctimai Yayımçı Gürcüstanın Birinci Kanalını və Tele-Məktəbi birləşdirir, istənilən yaş və zövq tamaşaçısına uyğunlaşdırılıbdır və ölkədə ən etimadlı, balanslaşdırılmış və təhlükəsiz medianı təşkil edir.

Bu gün Politkovskaya N31-də Birinci Kanalın binasının tikintisinə başlanılması ilə bağlı rəmzi kapsula qoyulacaq.