Gürcüstanın İkinci Kanalı maarifləndirmə platformasına çevriləcək
Gürcüstanın İkinci Kanalı maarifləndirmə platformasına çevriləcək

Gürcüstanın İkinci Kanalı maarifləndirmə platformasına çevriləcək. Bu yeniliyi Təhsil Nazirliyi və Gürcüstanın Birinci Kanalının “Teleskola” (tele-məktəb) birgə layihəsi nəzərdə tutur. Bu gün layihənin növbəti işçi görüşü keçirildi. Burada Təhsil naziri, Mixeil Çxenkeli iştirak edirdi.

Yeni layihə üçün həmçinin Gürcüstanın Birinci Kanalının müxtəlif mediaplatformaları – 1tv.ge vebportalı, Gürcüstanın Birinci Kanalının yutub və feysbuk səhifələri də istifadə olunacaq.

Milli tədris proqramı ilə nəzərdə tutulmuş tele-dərslərə müxtəlif fənnlərlə tanınmış pedaqoqlar qoşulacaqlar. Aparıcı şirkətlər tərəfindən çəkilmiş təhsil filmlərindən də istifadə olunacaq.

Qeyd olunan layinənin başlanılması koronavirusa görə yaranan durumla əlaqədardır. Lakin onun əhəmiyyətindən irəli gələrək, layihə durumun aradan qaldırılmasından sonra da davam etdiriləcək.

Təhsil naziri, Mixeil Çxenkelinin bəyan etdiyinə görə, layihə çərçivsində şaqirdlərin maraqlı dərslərin izləməsi imkanları olacaq.

Gürcüstanın Birinci Kanalının baş direktoru, Vasil Mağlaperidzenin dediyinə görə, layihə uzunmüddəti olacaq və Gürcüstanın İkinci Kanalının maarifləndirmə platformasına çevrilməsi məqsədini güdür.