Gürcüstanın qərb inteqrasiyasını davam etdirə bilməsi və Rusiya tərəfindən yaradılan destabilizasiya ilə mübarizə etməsi üçün çalışacağıq
Gürcüstanın qərb inteqrasiyasını davam etdirə bilməsi və Rusiya tərəfindən yaradılan destabilizasiya ilə mübarizə etməsi üçün çalışacağıq

Gürcüstanın qərb inteqrasiyasını davam etdirə bilməsi və Rusiya tərəfindən yaradılan destabilizasiya ilə mücadələ edə bilməsi üçün çalışacağıq, – bu barədə bəyanatı Gürcüstana ABŞ-ın yeni təyin edilən səfiri Keli Deqnan Xarici İşlər Naziri Davit Zalkaniani ilə görüş zamanı verdi.

Səfirin dediyinə görə, o həmçinin, Gürcüstan və ABŞ arasındaki əməkdaşlığın davam etdirilməsi üçün işləyəcək.

“Gürcüstanda olmaq və bu ölkənin Xarici İşlər Naziri ilə görüşmək mənim üçün fəxrdir. Biz bərabər işləcəyik ki, Gürcüstan öz Qərb kursunu davam etdirsin və Rusiya tərəfindən, Gürcüstanın illər ərzində çalışıb, nail etdiyi tərəqqiyi pozmaq üçün destabilizasiya yaradan Rusiyaya qarşı dura bilsin. Təbii ki, eyni zamanda, Gürcüstan-ABŞ münasibətlərini də gücləndirmək üçün əməkdaşlıq edəcəyik” – dedi səfir Deqnan.