Gürcüstanın əsas qış kurortlarında su təminatı problemi yaranıb
Gürcüstanın əsas qış kurortlarında su təminatı problemi yaranıb

Turist mövsumunun tap zirvəsində, Gürcüstanın əsas qış kurortlarında su təminatı problemi yaranıb.

Bakurianidə olan vətəndaşlar bəyan edirlər ki, yeni il günlərində, regionda su tez-tez kəsilirdi və bu da yerlilərin və turistlərin şikayətinə səbəb oldu.

Yaranan vəziyyətlə bağlı Birləşmiş Su Təminatı Şirkətində bəyan edirlər ki, turistlərin artmasına görə, Bakurianidə suyun istifadəsi də artdı. Buna görə də, bir neçə gün ərzində, suyun təzyiqi zəyif olduğuna görə, su tez-tez kəsiliridi.

Şirkətin dediyinə görə, onların texniki qrupu problemin aradan qaldırılması üçün yeni il günlərində 24 saat ərzində işləyirdi.

Şirkətin məlumatına görə, 24 saatlıq əməkdən sonra, bu gün Bakuriani su ilə problemsiz şəkildə təmin ediləcək.

Qudauriyə gəlincə isə, şirkətin məlumatına görə, bu vaxt üçün Yeni Qudauridə sadəcə “Red Ko”-nun əhalisinə su verilmir, çünki oradaki su təminatı şəbəkəsi zərər görüb, ancaq texniki qrup oradadır və problemi tez zamanda həll etməyə çalışır.