Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvilinin bəyanatı
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvilinin bəyanatı

Bildiyiniz kimi, Gürcüstan Milli Təhlükəsizlik Şurasının iclası keçirildi,  iclasda Azərbaycan- Ermənistan arasındakı gedən proseslər və bölgədə yaranan  gərgin vəziyyəti müzakirə etdik.

Həmçinin, təhlükəsizlik istiqamətində özünü biruzə verən, hadisələrin inkişafının mümkün ssenarilərini və risklərini müzakirə etdik.

Sosial mediada yayılan dezinformasiyalara cavab vermək istəyirəm, guya Suriyada gedən hərbi əməliyyatlarda iştirak edən qeyri-formal silahlı birləşmələr Türkiyədən Azərbaycana Gürcüstan ərazisindən keçərək hərəkət edirlər. Elə bu mənbələrdə, konkret bələdiyyələrimizdə dinc şəkildə birgə yaşamaya zərər vermək üçün məlumatlar yayılır. Azərbaycana gedən magistral yolunun bağlanılması ilə əlaqəli konkret çağırışlar edilir. Eyni mənbələrə görə məlumat yayılır ki, konkret munitsipalitetlərinizdə dinc yanaşı yaşamağın qarşısını almaq üçün Azərbaycana gedən magistral yolu bağlamaq üçün konkret çağırışlar edilir.

Xüsüsi ilə vurğulamaq istəyirəm ki, hərbiçilərin hərəkəti ilə bağlı  məlumat əsassızdır. Bu yalandır və Gürcüstanda və ümumiyyətlə bölgədə vəziyyəti eskalasiya etmək və gərginləşdirmək məqsədini daşıyır.

Dövlət Təhlükəsizlik Xidməti  Azərbaycan və Ermənistanın müvafiq qurumları ilə aktiv kommunikasiyaya davam edir. Təhlükəsizlik məsələləri ilə bağlı bütün qərarlar, regionda mövcud vəziyyət və cari proseslərin tənzimlənməsinin ən yaxşı maraqlarını nəzərə alaraq veriləcək.

Gürcüstan dövlətinin təhlükəsizliyinə və həmçinin regionda mövcud stabilliyə təhlükə yarada biləcək istənilən aktivliyə qarşı qanunla müəyyən olunmuş tədbirlər həyata keçiriləcək.