Gürcüstanın dost ölkələri tərəfindən Gürcüstan-Rusiya münaqişəsi ilə bağlı verilən bəyanat
Gürcüstanın dost ölkələri tərəfindən Gürcüstan-Rusiya münaqişəsi ilə bağlı verilən bəyanat

Gürcüstanın ATƏT-dəki dost ölkələri gürcü-rus münaqişəsi ilə bağlı birgə bəyanat hazırladılar.

Bəyanat Bolqarıstan, Kanada, Çexiya Respublikası, Estoniya, Finlyandiya, İrlandiya, Latviya, Litva, Ukrayna, Norveç, Polşa, Rumıniya, Böyük Britaniya və ABŞ adından verilir.

Bəyanatda deyilir ki, onun müəllifləri Gürcüstanın ərazi bötövlüyünü və suverenliyini dəstəkləyirlər.

“Rusiya Federasiyasına müraciət edirik ki, 2008-ci il 12 avqust tarixində qoyulan atəşkəs razılaşması ilə üzərinə düşən öhdəlikləri yerinə yertirsin və əsgərlərini Gürcüstan ərazisindən çıxardsın.

Biz, həmçinin, Rusiya Federasiyasına müraciət edirik ki, Abxaziya və Cənubi Osetiya regionlarının müstəqil olaraq tanınmasını ləğv etsin.

Biz Abxaziya və Cənubi Osetiya regionlarında keçirilən seçkilərin və digər siyasi proseslərin legitimliyini qəbul etmirik” – deyilir bəyanatda.

Bəyanatda həmçinin qeyd olunur ki, müəlliflər Gürcüstanın işğal edilmiş ərazilərində yaşayan vətəndaşların hüquqlarının kobud şəkildə pozulması ilə də narahatçılığını bildirirlər.