Gürcüstanın dost ölkələri avqust müharibəsinin 10-cu ildönümü ilə bağlı Gürcüstana həmrəyliklərini demonstrasiya edirlər
Gürcüstanın dost ölkələri avqust müharibəsinin 10-cu ildönümü ilə bağlı Gürcüstana həmrəyliklərini demonstrasiya edirlər

Gürcüstanın dost ölkələri avqust müharibəsinin 10-cu ildönümü ilə bağlı Gürcüstana həmrəyliklərini demonstrasiya edirlər.

Avqust müharibəsini 10 illiyi ilə bağlı bəyanatı ABŞ Dövlət departamenti də verdi.

ABŞ Rusiyaya müraciət edir ki, Gürcüstanın işğal edilmiş ərazilərindən öz silahlı qüvvələrini çıxardsın, – bu barədə bəyanatı Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Nauert bugünki brifinqdə verdi.

“Bizim mövqeyimiz Abxaziya və “Cənubi Osetiya” regionlarının işğalı ilə bağlı dəyişməzdir. Bu ərazilər Gürcüstanın hissəsidir və Rusiya orada olmamalıdır. ABŞ Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə dəstək verməyə davam edir. Bu siyasət heç bir zaman dəyişməyəcək. ABŞ Rusiyaya müraciət edir ki, öz silahlı qüvvələrini Gürcüstan ərazisindən çıxardsın və 2008-ci ildəki hücumdan öncəki vəziyyətə qaytarsın” – dedi Hizer Nauert.

Jurnalistin Gürcüstanın NATO-ya götürülüb-götürülməyəcəyi ilə bağlı suala isə, Hizer Nauert cavab verdi ki, NATO-nun Buxarest sammitində qərar verildi ki, Gürcüstan alyansın üzvü olacaq.

Gürcüstan prezidentinin administrasiyasının məlumatına görə, Gürcüstan prezidenti Giorgi Marqvelaşvili və ABŞ dövlət katibi Mayk Pompeo arasında telefon söhbəti oldu və Mayk Pompeo Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə qarşı dəstəyini bir daha təsdiq etdi.

İdarənin məlumatına görə, ABŞ dövlət katibi xüsusi ilə qeyd etdi ki, ABŞ Gürcüstan ərazilərinin işğalı ilə heç bir zaman barışmayacaq.

Avropa İttifaqı isə, Rusiya tərəfindən Gürcüstana qarşı həyahata keçirilən aqressiyanın 10 illiyi ilə bağlı deklarasiya yayır.

Təhlükəsizlik və Xarici Siyasət məsələləri üzrə Avropa İttifaqının nümayəndəsi Federika Mogerininin adı ilə yayılan bəyanatda deyilir ki, Avropa İttifaqı, Gürcüstan ərazisindəki münaqişənin sülh yolu tənzimlənməsini bugün hər zamankindən daha çox dəstəkləyir.

Bununla yanaşı, Avropa İttifaqı Gürcüstan iqtidarının “Daha yaxşı gələcək üçün addım” təşəbbüsünü dəstəkləyir, hansı ki, ölkəyə işğal xəttinin hər iki tərəfində yaşayan insanlara maddi mənəvi yardım verməyi nəzərdə tutur.

Bəyanatda həmçinin deyilir ki, Rusiya aqresiyasından 10 il sonraki dövrdə, Gürcüstan demokratik institutlarını və qanun aliliyi prinsiplərin gücləndirilməsinə doğru yönəldilən islahatlar həyata keçirdi, iqtisadi inkişafa nail oldu və investorlar və turizm üçün cəlb edici bir ölkə oldu.

“Gürcüstan regiondaki digər ölkələr üçün demokratiya modeli və misal götürüləcək bir nümunədir” – deyilir bəyanatda.

Gürcüstana həmrəyliklərini bildirən ölkələr arasında Slovakiya, Danamirka, Norvegiya, Yaponiya, Böyük Britaniya, Estoniya, Finlyandiya, Polşa və digər ölkələr var.