Gürcüstanın Birinci Kanalının müğənni Cemal Sepiaşvilinin mahnısının yeni versiyası ilə bağlı bəyanatı
Gürcüstanın Birinci Kanalının müğənni Cemal Sepiaşvilinin mahnısının yeni versiyası ilə bağlı bəyanatı

Gürcüstanın Birinci Kanalı musiqiçi Cemal Sepiaşvilinin “Bir-birimizə güllər hədiyyə edək” adlı mahnısının yeni versiyasının premyerası ilə bağlı yayılan məlumata səslənir.

Martın 21-də Birinci Kanalın efirində Cemal Sepiaşvili mahnısının yeni versiyası ilə bağlı, hansını ki, sadəcə kişi müğənnilər ifa edirlər bəyan etdi: Ailənin gücü kişidir, ölkənin gücü kişidir, ölkənin qoruyucusu da kişidir və məhz buna görə də bu mahnıyı bu 25 kişi ifa etməlidir”.

Mahnının müəllifinin şərhi sadəcə onun şəxsi fikridir, kanalın deyil. İctimaiyyətə bildiririk ki, Gürcüstanın Birinci Kanalında qeyd olunan mahnının premyerasını deyil, 9 aprel faciəsinin 30 illiyinə həsr olunan konsertin translyasiyasını təqdim edəcək. Konsertin proqramını və məznmununu isə, konsertin təşkilatçısı tərtib edir.

Xatırladaq ki, 9 aprel Gürcüstan tarixində önəmli bir gündür, ona görə də, Gürcüstanın Birinci Kanalı bu önəmli tarixə həsr olunan bütün tədbirləri işıqlandıracaq.