Gürcüstanın Birinci Kanalının iki verlişi "Gürcü Brendi günü 2019"-da mükafat aldı
Gürcüstanın Birinci Kanalının iki verlişi "Gürcü Brendi günü 2019"-da mükafat aldı

Gürcüstanın Birinci Kanalının iki verlişi “Yeni gün” və “Ferma” “Gürcü Brendi günü 2019” adlı milli brend mükafatı mərasimində, ən güvənli və ən reytinqli telelayihələr olaraq, mükafat aldı.

“2020-ci ildə “Ferma” on yaşında oldu. Bizim üçün bu çox dəyərli mükafatdır. Düşünürəm ki, aparıcılarımızın, rejissorlarımızın, jurnalistlərimizin, operatorlarımızın və montajçılarımızın 10 illik əməyinə dəyər verildi” – dedi verlişini müəllifi və prodyusseri Tamar Bolkvadze.

“Yeni gün” verlişinin aparıcısı David Qorgiladze isə, tədbir təşkilatçılarına təşəkkür etdi.

“Bu mükafat göstərdi ki, hər gün saat 5-də oyanmaq boşuna vaxt itirmək deyil və buna davam etməliyik” – dedi Davit Qorgiladze.