Gürcüstanın Birinci Kanalının efirində gedən süjetin qəhramanları Beka və Mariyə, onların xəyal etdikıəri hədiyyələr verildi [Foto-reportaj]
Gürcüstanın Birinci Kanalının efirində gedən süjetin qəhramanları Beka və Mariyə, onların xəyal etdikıəri hədiyyələr verildi [Foto-reportaj]

Gürcüstanın Birinci Kanalının “Axali kvira” (yeni həftə) adlı verlişində efirə çıxan süjetin qəhramanları olan uşaqlara, bacı-qardaş Mari və Bekaya, onların xəyal etdikləri hədiyyələr verildi.

Gürcüstanın Birinci Kanalının çəkiliş qrupu Kveşeti kəndinə getdi və uşaqlara xəyal etdikləri hədiyyələri apardı.

“Axali kvira” süjetində Mari və Beka velosiped, yeni paltarlar və ayaqqabı istəmişdilər.

Onlar haqqında reportajın efirə çıxmasından sonra, uşaqlara yardım etmək üçün Birinci Kanala bir çox insan müraciət etdi.

Marisa və Bekanın fotoqrafçı Giorgi Nadiraşvili tərəfindən çəkilən fotoları sosiyal şəbəkələrdə keçən həftə yayıldı.

Fotoda uşaqlar Merab Kokoçaşvilinin filmindəki kimi, sovet dövrünün geyimlərini geyiniblər.

Həmin foto bir neçə gündə çox populyar oldu və hər kəs bu uşaqlar haqqında danışır.