Gürcüstanın Birinci Kanalında bu gün müxalifət və iqtidar dəstəsi arasında debatlar keçiriləcək
Gürcüstanın Birinci Kanalında bu gün müxalifət və iqtidar dəstəsi arasında debatlar keçiriləcək

Parlament seçkilərindən sonra ilk dəfə, müxalifət və iqtidar nümayəndələri arasında, Birinci Kanalın “Azad baxış” verlişində debatlar keçiriləcək.

Gürcüstanın Birinci Kanalının efirində bu gün saat 23:00-da, “Gürcü Arzusu”-nun nümayəndəsi Davit Matikaşvili, “Ağmaşenebeli strategiyası”-nın nümayəndəsi Paata Mancqaladze və “Lelo” partiyasının nümayəndəsi Kaxa Kojoridze arasında debatlar keçiriləcək.

Gürcüstanın Birinci Kanalı siyasi partiyalara efir vaxtını yanvar ayında təklif etmişdi.