Gürcüstanın Birinci Kanalına qarşı növbəti dezinformasiya kampaniyası - bəyanat
Gürcüstanın Birinci Kanalına qarşı növbəti dezinformasiya kampaniyası - bəyanat

Gürcüstanın Birinci Kanalı jurnalistlərin resurs mərkəzi tərəfindən hazırlanan “İctimai Yayımçıda reklam efekti” adlı filmi, kanala qarşı, müəyyən insan qrupu tərəfindən davamlı şəkildə aparılan məqsədyönlü dezinformasiya kampaniyasının bir hissəsi olaraq qiymətləndirir. Həmin kampaniya ilə bağlı Birinci Kanalın menecmenti tərəfindən dəfələrlə bəyanat verilib.

Müəyyən insanlar təərfindən Birinci Kanal haqqında faktların qəsdlə dəyişdirilməsinə yol verilir və bunun məqsədi kanalın reputasiyasına xələl gətirməkdir.

Film bir-birinə zidd olan, sübüt edilməyən ehtimallardan və saxta faktlardan hazırlanıb. Filmin müəllifləri həddindən artıq qeyri-professiyonal şəkildə ictimaiyyətə öz fikirlərini calamağa şalışırlar.

Vurğulayaraq qeyd etmək istəyirik ki, film sadəcə jurnalist standartlarının pozulması ilə deyil, eyni zamanada, hüquq normalarının da pozulması ilə hazırlanıb.

Gürcüstanın Birinci Kanalı öz professiyonal reputasiyasının qorunması üçün bütün hüquqi resurslardan istifadə edəcək.

İlk növbədə filmin müəllif təşkilatına müraciət edirik ki, filmdə yol verilən faktiki səhvləri düzəldsin və ictimaiyyətə doğru məlumat versin.

Filmdə İctimai Yayımçının maliyyə resurslarının xərclənməsindən də bəhs etdiyinə görə, İctimai Yayımçının qəyyumlar şurası və tənzimləyici komissiyadan və həmçinin, reklam fəaliyyətini nəzarət etmək haqqı olan şəxslərdən tələb edirik ki, ən qısa müddətdə filmdə irəli sürülən ittihamları öyrənsinlər və öz mövqeyini bildirsinlər.

Həmçinin, qeyd olunan filmin hazırlanmasını maliyyələşdirən Avropa İttifaqının Gürcüstandaki nümayəndəliyinə da müraciət edirik ki, filmdə irəli sürülən ittihamların monitorinqini həyata keçirsin, çünki, söhbət bir təşkilatın və onun əməkdaşlarının reputasiyasına qəsdlə zərər verməkdən gedir.