Gürcüstanın Birinci Kanalı Zuqdidi mer namizədlərini debatlarda iştirak etməyə dəvət edir
Gürcüstanın Birinci Kanalı Zuqdidi mer namizədlərini debatlarda iştirak etməyə dəvət edir

Cari ilin seçki dövründə Gürcüstanın Birinci Kanalı seçkilərdə iştirak edən subyektlərə hər zaman vaxt ayırmağa hazırdır.

Deputatlığa namizədlər arasında üç dəfə debatlar keçirildi, hansında 14 namizəd iştirak etdi. “Moambenin” əsas buraxılışında 15 namizədin hər birinə 10 dəqiqə verildi.

Seçkilərdə iştirak edən subyektlərə gələcəkdədə hər gün “Moambenin” əsas buraxılışında vaxt ayrılacaq.

Bununla yanaşı, ictimaiyyətin böyük marağından irəli gələrək, Gürcüstanın Birinci Kanalı debatlarda iştirak etmək üçün Zuqdidi mer namizədlərini dəvət edir və debatların beynəlxalq standartlara müvafiq şəkildə keçiriləcəyi üçün üzərinə məsuliyyət götürür.

Birinci Kanal Zuqdidi mer namizədlərindən xahiş edir ki, öz qərarlarını iki gün ərzində bildirsinlər ki, proqramlar planlaşdırırlsın.