Gürcüstanın Birinci Kanalı Tbilisi Beynəlxalq Kinofestivalında ən yaxşı sənədli və qısametrajlı filmlərini mükafatlandırdı
Gürcüstanın Birinci Kanalı Tbilisi Beynəlxalq Kinofestivalında ən yaxşı sənədli və qısametrajlı filmlərini mükafatlandırdı

“Amirani” kinoteatrında, Tbilisi 20-ci Beynəlxalq Kinofestivalının mükafatlandırma mərasimində Gürcüstanın Birinci Kanalı Mari Qulbaninin “Ata qayıdana kimi” ən yaxşı sənədli və Giorgi Sixarulidzenin “Mamuli” ən yaxşı qısametrajlı filmlərini mükafatlandırdı.

Gürcüstanın Birinci Kanalı hər bir film üçün 20 min lari ayırdı. Qaliblərə prizləri Gürcüstanın Birinci Kanalının baş direktoru, Vasil Mağlaperidze verdi. Onun qeyd etdiyinə görə, bu sadəcə pul mükafatı deyil, faktiki olaraq hazırlanmış müqavilədir və Gürcüstanın Birinci Kanalı onlara hər cür dəstək olacaq.

Tbilisi Beynəlxalq Kinofestivalın partnyoru Gürcüstanın Birinci Kanalıdır.