Gürcüstanın Birinci Kanalı seçkiqabağı jurnalistlərin yenidən hazırlanmasına başlayır
Gürcüstanın Birinci Kanalı seçkiqabağı jurnalistlərin yenidən hazırlanmasına başlayır

Gürcüstanın Birinci Kanalı seçkiqabağı jurnalistlərin yenidən hazırlanmasına başlayır. Treninqlərə distansiyalı rejimdə “BBC”-nin treneri, Conatan Stounmen rəhbərlik edəcək.

Treninqlər onlayn rejimdə 1,14,15,16,17,18 sentyabrda keçiriləcək və burada Gürcüstanın Birinci Kanalının jurnalistik korpusu iştirak edəcək.

Conatan Stounmen 20 il ərzində  “BBC”-nin yeni və cari xəbərlər xidmətində jurnalist, prodüser, redaktor və tədqiqatçı mövqeyində işləyirdi, yekunda isə, “BBC World Service”-in treninq mərkəzinin rəhbəri oldu.

Hazırda Stounmen “Stonepeople Media” konsultasiya şirkətini idarə edir.

Şərh yaz