Gürcüstanın Birinci Kanalı Azərbaycan və erməni dilli məktəblər üçün "Bizim gürcü dilimiz" adlı onlayn-olimpiadanın qaliblərini mükafatlandırdı
Gürcüstanın Birinci Kanalı Azərbaycan və erməni dilli məktəblər üçün "Bizim gürcü dilimiz" adlı onlayn-olimpiadanın qaliblərini mükafatlandırdı

Gürcüstanın Birinci Kanalı Azərbaycan və erməni məktəbləri üçün “Bizim gürcü dilimiz” adlı onlayn-olimpiadanın qaliblərini mükafatlandırdı.

Layihənin qaliblərinə xüsusi prizlər verildi. Prizlər qalib olan şagirdlərin gürcü dili və ədəbiyyat müallimlərinə də verildi.

Onlayn-olipmiadada iştirak etmək istəyini 200-ə yaxın şagird bildirdi.

Layihəyi ABŞ-ın Gürcüstandaki səfirliyi dəstəkləyir.

Gürcüstanın Birinci Kanalının baş direktoru Vasil Mağlaperidze qaliblərə və müsabiqənin digər iştirakçılarına müvəffəqiyyətlər arzuladı və layihənin əhəmiyyəti haqqında danışdı.

O həmçinin, ABŞ səfirliyinin layihədəki rolunu da vurğuladı.

Gürcüstanın Birinci Kanalının baş direktorunun birinci müavini Tinatin Berdzenişvili “Bizim gürcü dilimiz” layihəsini maliyyələşdirən ABŞ səfirliyinə təşəkkür etdi.

O qeyd etdi ki, layihənin davam etməsini Birinci Kanal öz resursları ilə təmin edəcək.

“Bu layihə ilə fəxr edirik, çünki o Birinci Kanalın üzərində durduğu əsas dəyərdir” – dedi Tinatin Berdzenişvili.

“Bizim gürcü dili” layihəsinin rəhbəri Ramilya Əliyeva bəyan edir ki, layihənin əsas məqsədi gürcü dilinin populyarizasiyasıdır.

“Qaliblərlə bugünki görüş yenə bir daha göstərdi ki, layihə mütləq davam etməlidir, çünki uşaqlar tərəfindən çox müsbət emosiyalar hiss olunurdu. Əlimizədn gələni etməliyik ki, qeyri-gürcü məktəblərində təhsil alan digər uşaqları da sevindirək” – dedi Ramilya Əliyeva.

Gürcüstanın Birinci Kanalında “Bizim gürcü dilimiz” adlı onlayn-olimpiada iyunun 4-də başladı.

„Bizim gürcü dili“ Gürcüstanın birinci Kanalının layihəsidir, hansının məqsədi etnik azlıqların yaşadığı regionlarda gürcü dilinin populyarizasiyasıdır.

Layihənin Facebbok səhifəsində həftədə bir dəfə viktorinalar keçirilir.

Viktorinada yaş məhdudiyyəti yoxdur, gürcü dili haqqındaki sualları doğru cavablandıranlara hədiyyə veriləcək.