Gürcüstanın Birinci Kanalı azarkeş oyunların reklamını yayımlamaqdan imtina edir
Gürcüstanın Birinci Kanalı azarkeş oyunların reklamını yayımlamaqdan imtina edir

Gürcüstanın Birinci Kanalı məsuliyyətli medya vasitəsi olaraq, azarkeş oyunların reklamını yayımlamaqdan imtina edir.

Birinci Kanal bu mərhələdə olan öhdəliklərini yerinə yetirəcək və 2020-ci ilin iyunun 1-dən azarkeş oyunlarının reklamını efirə buraxmaqdan imtina edəcək.

Öz missiyasından irəli gələrək, Gürcüstanın Birinci Kanalının məqsədi əhali arasında sağlam həyat tərzinin populyarlaşdırılması və öz imkanlarından irəli gələrək, son zamanlar ölkədə yayqın xəstəlik kimi olan azarkeş oyun bağımlılığı ilə mücadələ etməkdir.

Qeyd edilməlidir ki, bu qərarla, Birinci Kanal idman translyasiyaları üçün lisenziyaların alınması və texniki avadanlığın təminatı üçün istifadə edilən gəlirlərdən tamamən imtina edir.

Əminik ki, Birinci Kanalın menecmentinin bu qərarı ictimaiyyətimizin rifahına xidmət edəcək.