Gürcüstanın baş prokuroru vəzifəsinə namizədlərdən biri İrakli Şotadze olacaq
Gürcüstanın baş prokuroru vəzifəsinə namizədlərdən biri İrakli Şotadze olacaq

Prokurorluq Şurası Gürcüstanın baş prokuroru vakant vəzifəsinə daha iki namizədi təqdim etdi.

Prokurorluq Şurası mətbuat xidmətinin mlumatına görə, hüquşünaş David Kodanaşvili qeydiyyat barəsində Prokurorluq Şurasına şəxsən müraciət etdi. Hüquqşünas İrakli Şotadzeni isə, “Gürcüstan Texniki Universiteti” təqdim etdi.

Hazırda Gürcüstanın baş prokuroru vakant vəzifəsinə doqquz namizəd təqdim olunubdur.

Məsləhətləşmələr və namizədlərin təqdim edilməsi 2020-ci il 17 yanvar da daxil olmaqla davam edir.