Gürcüstanın baş nazirinin mühafizəsinin daha iki əməkdaşında koronavirus aşkar olundu
Gürcüstanın baş nazirinin mühafizəsinin daha iki əməkdaşında koronavirus aşkar olundu

Gürcüstanın baş naziri, Giorgi Qaxariyanın mühafizəsinin daha iki əməkdaşında koronavirus aşkar olundu. Bu barədə məlumatı baş nazirin mətbuat xidməti yayır.

Buna qədər koronavirus Qaxariyanın mühafizəsinin bir əməkdaşında müəyyən edildi. Buna görə, baş nazir izolasiyadadır. Bu barədə Giorgi Qaxariya “feysbuk” sosial şəbəkəsində dünən yazdı.

“Təəssüfləndiricidir ki, mən indi fərqli rejimdə işləməli oluram, çünki dünən bütün günü uzun müddətli əlaqəm olduğu əməkdaşımda, məqsədyönlü seçimli testləşdirmə zamanı koronavirus müəyyən edildi. Müvafiq olaraq, izolasiyaya keçdim və bu rejimdə də işimi davam etdirirəm”, – Qaxariya yazır.