Gürcüstanın baş naziri ATƏT/ODİHR müşahidəçilər missiyasının rəhbəri ilə görüşdü
Gürcüstanın baş naziri ATƏT/ODİHR müşahidəçilər missiyasının rəhbəri ilə görüşdü

Gürcüstanın baş naziri ATƏT/ODİHR müşahidəçilər missiyasının rəhbəri, Jilian Stirk ilə görüşdü.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, görüşdə 31 dekabrda planlaşdırılmış Parlament seçkiləri ilə bağlı məsələləri müzakirə etdilər.

Hər iki tərəfdən seçkilərin demokratik, ədalətli və şəffaf mühitdə keçirilməsi əhmiyyəti xüsusilə qeyd olundu. Həmçinin, razılaşdırıldı ki, seçkilər ilə bağlı ATƏT/ODİHR müşahidəçilər missiyası ilə sıx əməkdaşlıq və koordinasiya davam etdiriləcək.

Giorgi Qaxariya Gürcüstan hökumətinin hazırlığını bir daha təsdiq etdi ki, beynəlxalq müşahidəçilərin seçki prosesinə maksimal olaraq qoşulmaslarını təmin etsin və qeyd etdi ki, pandemiyanı nəzərə alaraq onların təhlükəsizliyi maksimal olaraq müdafiə olunacaq.