Gürcüstanda yeni növ koronavirusdan dünyasını dəyişmiş pasiyentin dəfn edilmə qaydası
Gürcüstanda yeni növ koronavirusdan dünyasını dəyişmiş pasiyentin dəfn edilmə qaydası

Gürcüstanda yeni növ koronavirusdan dünyasını dəyişmiş pasiyentindəfn edilməsi xüsusi  qaydaya əsasən   həyata  keçirilməlidir. Sözü gedən qayda Səhiyyə naziri, Ekaterine Tikaradzenin  25 mart tarixli  əmri  və  16 saylı əlavəsi   ilə təyin olunub.

Sözü gedən qaydaya əsasən,  ailə üzvlərinə və mərasim  / dəfn xidmətinə infeksiyanın yayılma  təhlükəsi və lazımi tədbirlər barədə məlumat verilməlidir:

Cəsəd  çantasında olan cənazə tabutda  basdırılır , dünyasını dəyişmiş şəxsin  basdırılması və  prosesin istənilən mərhələsində  onu açmaq  qadağandır ;

Mərhumun dəfnini vaxtında (72 saatı keçmədən) təşkil etmək və izdihamlı cənazə  mərasimlərindən   çəkinmək lazımdır;

Covid19-un  təsdiqlənmiş və ya ehtimal  olunan  halında, cəsədin  balzamlanması və ya  digər əlavə  kontakt, patoloji –anatomik yarma da daxil olmaqla  istisna edilməlidir; Bu  sonuncunun zərurət  daşıyacağı  halda , təhlükəsizlik  tələblərinə  ciddi  şəkildə əməl edilməlidir.

Yeni növ  koronavirusun səbəb  olduğu infeksiyaya  , COVID-19 –a  yoluxmuş  pasiyentin   dünyasını dəyişən  zamanı infeksiyaya nəzarət edilməsinin  ətraflı tədbirləri  aşağıdakılardır:

Koronavirus epidemiyası şərtlərində tibb müəssisəsində  pasiyentin  dünyasını  dəyişməsi halının idarə edilməsi zamanı   infeksiyaya nəzarət məqsədilə   aşağıda sadalanan  tədbirlərə əməl  edilməlidir:

1.Covid  19-a yoluxmuş və ya şübhəli pasiyentin  dünyasını dəyişməsi  halında  ,cənazə mələfə ilə sarılmalı və su keçirməyən  cəsəd çantasına  yerləşdirilməlidir, biləyində  şəxsi   məlumatları əks etdirən  biləklik olmalıdır,  daha sonra bədən mayelərinin sızması ehtimalını istisna etmək üçün çanta əvvəldən sona qədər   zəncirbənd  vasitəsi ilə  sıx bağlanılmalıdır;Cənazənin  kimliyinə dair informasiya( biləyinə bərkidilmişin eynisi)  cəsəd çantasının üzərinə (xüsusi  bərkidicilər və ya  cib vasitəsi  ilə) bərkidilməlidir.Cənazəni çantaya  qoymazdan əvvəl  aşağıda sadalanan qaydalara əməl olunmalıdır:

  • Kateter, boru və drenajlar cəsəddən diqqətlə çıxarılmalıdır; Onların çıxarılma yeri 1%-lik hipoklorit ilə dezinfeksiya olunmalıdır;
  • Cəsəddən çıxarılan kəskin əşyalar (məs.damar kateterləri) kəskin əşyaların konteynerinə yerləşdirilməlidir;
  • Bioloji mayelərin sızmaması üçün ağız və burun keçidləri bağlanmalıdır;
  • Cəsədin hazırlanması zamanı yaranan bütün tullantılar yoluxucu tullantılar konteynerinə  yerləşdirilməlidir.
  1. Daha sonra cəsəd çantası  tibb müəssisəsində  cəsədin müvəqqəti saxlanma yerinə aparılır,  çantanın xaricinə   infeksiya  təhlükəsinə dair  beynəlxalq simvol  vurulur.
  2. Cəsəd çantasının xarici səthi cəsədin müvəqqəti saxlama otağında dezinfeksiya olunmalıdır.

 

4.Müvəqqəti saxlama otağına cəsədin qoyulmasından  1 saatdan artıq vaxt keçməmiş  müvafiq  mərasim  / dəfn xidmətinə  və ailə üzvlərinə  ölüm faktının gərçəkləşdiyi  və dəfnin vaxtındaca həyata  keçirilməsinin zəruriliyi barədə məlumat verilməlidir.

 

  1. Ailə üzvlərinə və mərasim / dəfn xidmətinə infeksiyanın yayılma təhlükəsi və lazımi tədbirlər barədə məlumat verilməlidir:
  • Cəsəd çantasında olan cənazə tabutda basdırılır , dünyasını dəyişmiş şəxsin  basdırılması və  prosesin istənilən mərhələsində  onu açmaq  qadağandır ;
  • Mərhumun dəfnini vaxtında (72 saatı keçmədən) təşkil etmək və izdihamlı cənazə mərasimlərindən çəkinmək lazımdır;

 

  1. Covid19-un təsdiqlənmiş və ya ehtimal olunan  halında, cəsədin  balzamlanması və ya  digər əlavə  kontakt, patoloji –anatomik yarma da daxil olmaqla  istisna edilməlidir; Bu  sonuncunun zərurət  daşıyacağı  halda , təhlükəsizlik  tələblərinə  ciddi  şəkildə əməl edilməlidir.

 

Müəllif- Sevinc Mustafayeva