Gürcüstanda yaşam minimumu may ayında 190.1 lari təşkil etdi və bu son illərin ən yüksək göstəricisidir
Gürcüstanda yaşam minimumu may ayında 190.1 lari təşkil etdi və bu son illərin ən yüksək göstəricisidir

2019-cu ilin may ayında, Gürcüstanda keçən aylarla müqayisədə yaşam minimumunun həcmi artdı və son illərdə ən yüksək göstəriciyə nail oldu.

Milli Statistika Xidmətinin göstəricilərinə görə, may ayında iş qabiliyyəti olan yaşda kişilərin yaşam minimumu 190.1 lari təşkil etdi. Aprel ayında isə, qeyd olunan göstərici 180.5 lari idi.

Bununla yanaşı, SakStatın məlumatına görə, orta səviyyəli  ailənin yaşam minimumu may ayında 318.9 lari təşkil etdi.

Bir nəfərlik ailənin yaşam minimumu – 168.4 laridir, iki nəfərlik 269.4, üç nəfərlik ailənin 303.1 lari, dörd nəfərliyin, 336.8 lari, beş nəfərlik ailənin – 378.9 lari, altı nəfərlik ailənin yaşam minimumu isə, – 448 lari ilə qeydə alındı.

Statistika departamenti yaşam minimumunu minimal ərzaq paketi əsasında tərtib edir, hansı ki, iş qabiliyyəti üçün gərəkən yaşda olan kişinin normal yaşamı üçün gərəkən qidaları nəzərdə tutur.

Qeyd olunan ərzaq paketi 40 məhsuldan ibarətdir.