Gürcüstanda son 24 saatda koronavirusdan 59  pasiyent dünyasını dəyişib
Gürcüstanda son 24 saatda koronavirusdan 59  pasiyent dünyasını dəyişib

Gürcüstanda son 24 saatda koronavirusdan 59  pasiyent dünyasını dəyişib. Bu barədə hökumətin xüsusi veb-səhifəsində stopcov.ge-də məlumat dərc olunub.

Ölkədə virusdan dünyasını dəyişənlərin ümumi sayı 12 466-nı təşkil edir.

Son 24 saatda koronavirusa 4 509  yeni yoluxma halı qeydə alınıb, 4 042 pasiyent sağalıb.

Dünən, dekabrın 6-da Gürcüstanda koronavirusa 1778 yeni yoluxma halı qeydə alınıb, 3 234  nəfər sağalıb, 63 nəfər isə vəfat edib.