Gürcüstanda son 24 saatda koronavirusdan 23 pasiyent dünyasını dəyişib
Gürcüstanda son 24 saatda koronavirusdan 23 pasiyent dünyasını dəyişib

 

Gürcüstanda son 24 saatda koronavirusdan 23 pasiyent dünyasını dəyişib. Bu barədə hökumətin xüsusi veb-səhifəsində, stopcov.ge -də məlumat dərc olunub.

Ölkədə virusdan dünyasını dəyişənlərin ümumi sayı 5 876-nı təşkil edir.

Son 24 saatda, 1655   nəfərin Covid 19-a yoluxması təsdiqlənib, 2 286 pasiyent sağalıb.

Dünən, avqustun 1-də  Gürcüstanda koronavirusa 2654   yeni yoluxma halı qeydə alınıb, 1319 nəfər sağalıb, 33  nəfər isə vəfat edib.