Gürcüstanda son 24 saat ərzində koronavirusdan 33 pasiyent vəfat etdi
Gürcüstanda son 24 saat ərzində koronavirusdan 33 pasiyent vəfat etdi

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 33 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 5 853-ü təşkil edir. Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 2 654 halı qeydə alındı, 1 319 pasiyent müalicə olunaraq sağaldı.

Bununla yanaşı, 31 iyul durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 3 196 halı qeydə alındı, 1 147 pasiyent müalicə olunaraq sağaldı, 27 pasiyent vəfat etdi.