Gürcüstanda son 24 saat ərzində koronavirusdan 25 pasiyent vəfat etdi
Gürcüstanda son 24 saat ərzində koronavirusdan 25 pasiyent vəfat etdi

Gürcüstanda son 24 saat ərzində koronavirusdan 25 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 5 793-ü təşkil edir. Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 2 712 halı qeydə alındı, 1 561 pasiyent müalicə olunaraq sağaldı.

Bununla yanaşı, 29 iyul durumu ilə, Gürcüstanda koronavirusun 2 796 yeni halı aşkar edildi, 2 088 pasiyent müalicə olunaraq sağaldı, 17 pasiyent vəfat etdi.