Gürcüstanda sabah saat 21:00-dan səhər altıya qədər komendant saatı olacaq
Gürcüstanda sabah saat 21:00-dan səhər altıya qədər komendant saatı olacaq

Gürcüstan miqyası ilə karantin rejimi sabah, səhər saat səkkizdən başlayacaq. Bu barədə Gürcüstanın baş naziri, Giorgi Qaxariya hökumət administrasiyasında, brifinqdə bəyan etdi.

Baş nazirin dediyinə görə, Gürcüstanda sabah saat 21:00-dan səhər altıya qədər komendant saatı olacaq.

“Fövqəladə vəziyyət müddəti ilə, faktiki olaraq tamamilə karantin elan edilir, saat 21:00-dan piyada, eləcə də nəqliyyatla şəhərlərdə və ölkə miqyası ilə, səhər saat altıya qədər hərəkət qadağan edilir. Faktiki olaraq bu deməkdir ki, ölkə miqyası ilə saat 21:00-dan səhər saat 06:00-a qədər komendant saatı elan edilir”, – Giorgi Qaxariya bəyan etdi.