Gürcüstanda miqyaslı kiberhücum həyata keçirildi
Gürcüstanda miqyaslı kiberhücum həyata keçirildi

Gürcüstanda miqyaslı kiberhücum həyata keçirildi. Yüzlərcə saytda, o cümlədən Gürcüstanın Birinci Kanalının vebportalında və daxili şəbəkəsində problemlər yarandı. Müvəqqəti olaraq Gürcüstan Radiosu yayımçılığı əngəllərlə işləyirdi.

Həmçinin bir neçə televiziya və müxtəlif vebportallar işləmir.

Bu gün səhərdən kiberhücum bir neçə gürcü vebsəhifəsində, o cümlədən, Gürcüstan prezidenti administrasiyasının vebsəhifəsində həyata keçirildi. Vebsəhifəni açdıqda keçmiş prezident, Mixail Saakaşvilinin fotoso yazı ilə – mən geri gələcəm (I’ll be back) çıxdı.

Gürcüstan Daxili İşlər Nazirliyi qeyd olunanlar üzrə istintaqa GCM-nin 284-cü və 286-cı maddələri ilə istintaqa başladı.