Gürcüstanda matəm günüdür
Gürcüstanda matəm günüdür

Gürcüstanda matəm günüdür. Şatili yolunda baş verən faciə zamanı vəfat edənlərin xatirəsinə hörmət əlaməti olaraq, 25 avqust Gürcüstanda matəm günü olaraq elan edildi.

Müvafiq sərəncamı Gürcüstanın baş naziri, Giorgi Qaxariya dünən  imzaladı.

Sərəncama əsasən, matəm günü ilə bağlı, bütün Gürcüstan ərazisində, inzibati binalarda dövlət bayraqları endirilib.

Duşeti munisipalitetinin, Şatili yolunda yol qəzası nəticəsində 17 insan vəfat etdi. Üç insan xəsarət aldı. Həkimlərin bəyan etdiyinə görə, onların sağlamlıq vəziyyətdi çox ağırdır. Daxili İşlər nazirliyi faktla bağlı GCM-nin 276 maddəsi ilə istintaqa başladı.

Şərh yaz