Gürcüstanda Kris Rinin saxta biletlərinin satılması ittihamı ilə şirkətlərdən birinin rəhbərini yaxaladılar
Gürcüstanda Kris Rinin saxta biletlərinin satılması ittihamı ilə şirkətlərdən birinin rəhbərini yaxaladılar

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları, keçirilmiş operativ-axtarış tədbirləri nəticəsində, mətəşəkkil qrup tərəfindən, dələduzluqla böyük miqdarda məbləğin mənimsənilməsi faktı üzrə, şirkətlərdən birinin rəhbərini yaxaladılar.

İstintaq Xidmətinin məlumatına görə, ittiham olunan plan hazırladı ki, guya onun şirkətinin təşkilatçılığı ilə, Tbilisidə, dünya turnesi çərçivəsində tanınmış müğənni Kris Ri konsert keçirəcəkdi.

Cinayətkar planının həyata keçirilməsi zamanı, müttəhim konset salonlarının biri və biletlərin onlayn satışları ilə məşğul olan şirkət ilə müqavilə imzaladı. Vətəndaşların cəlb olunması məqsədi ilə şirkət fəal piaq kampaniya həyata keçirdi. Nəticədə 152 850 lari dəyərində 2 727 bilet satıldı.

İstintaq ilə müəyyənləşdirildi ki, Kris Ri dünya turnesinin 2017-ci il dekabrın 12-də başa çatdırdı və Gürcüstanda konsertin keçirilməsi planlaşdırılmamışdı.

İş üzrə istintaq GCM-nin 180-ci maddəsinin 3 və 4-cü hissələri ilə başladı.