Gürcüstanda koronavirusun üç yeni halı aşkar edildi, daha 16 pasiyent sağaldı
Gürcüstanda koronavirusun üç yeni halı aşkar edildi, daha 16 pasiyent sağaldı

Gürcüstanda koronavirusun üç yeni halı aşkar edildi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 738 halı təsdiq olunub.

Həmçinin daha 16 pasiyent sağaldı və sağalananların sayı 573-ü təşkil etdi.

Bununla yanaşı, xaricdən müalicə üçün Gürcüstanın üç vətəndaşı gətirilib.

Gürcüstanda koronavirus ilə 12 pasiyent həlak olub.

Karantin rejimində 3076 vətəndaş, stasionarda müşahində altında 250 vətəndaşdır.