Gürcüstanda koronavirusun iki yeni halı qeydə alındı
Gürcüstanda koronavirusun iki yeni halı qeydə alındı

Gürcüstanda koronavirusun iki yeni halı qeydə alındı.

Bu haqda məlumat iqtidar tərəfindən yaradılan stopcov.ge veb-səhifəsində yerləşdirilib.

Veb-səhifənin məlumatına görə, hazırda ölkədə koronavirusa yoluxmanın 40 halı qeydə alınıb. Oradan bir pasiyent artıq sağalıb və xəstəxanadan çıxıb.

Bununla yanaşı, karantin rejimində 1344 nəfər var, stasiyonarda tibbi nəzarət altənda isə, 216 nəfər qalır.