Gürcüstanda koronavirusun iki yeni halı qeydə alındı, dörd pasiyent sağaldı
Gürcüstanda koronavirusun iki yeni halı qeydə alındı, dörd pasiyent sağaldı

Gürcüstanda koronavirusun iki yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 1179 halı təsdiq olunub. Buradan 959 vətəndaş sağalıb.

Bununla yanaşı, xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.

Gürcüstanda koronavirus ilə 17 pasiyent vəfat edib.

Karantin rejimində 6 919 vətəndaş, stasionarda müşahində altında 251 vətəndaşdır.