Gürcüstanda koronavirusun beş yeni halı qeydə alındı, səkkiz pasiyent isə, sağaldı
Gürcüstanda koronavirusun beş yeni halı qeydə alındı, səkkiz pasiyent isə, sağaldı

Gürcüstanda koronavirusun beş yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 958 halı təsdiq olunub. Buradan 838 vətəndaş sağalıb.

Bununla yanaşı, xaricdən müalicə üçün Gürcüstanın üç vətəndaşı gətirilib.

Gürcüstanda koronavirus ilə 15 pasiyent həlak olub.

Karantin rejimində 3 903 vətəndaş, stasionarda müşahində altında 202 vətəndaşdır.