Gürcüstanda koronavirusun 90 halı təsdiqləndi
Gürcüstanda koronavirusun 90 halı təsdiqləndi

Gürcüstanda koronavirusun beş yeni halı qeydə alındı.

Bu haqda məlumat stopcov.ge veb-səhifəsində yayıldı.

Son göstəricilərə görə, Gürcüstanda koronavirusa yoluxanların sayı 90-dır.

Sağalan pasiyentlərin sayı isə, 16.

Karantində olanların sayı 4534, stasiyonarda olanların sayı isə, – 276.