Gürcüstanda koronavirusun 788 yeni halı qeydə alındı, 1 206 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 788 yeni halı qeydə alındı, 1 206 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 788yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 313 742 halı təsdiq olunub. Buradan 295 458 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 1 206 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 12 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 4 183-ə çatdı.

Koronavirusun aşkar edilməsinin bu günki müsbətlik göstəricisi 8.05 faiz, son yeddi günün 5.74 faiz, son 14 günün isə, 5.02 faizdir.

Karantin rejimində 89 vətəndaş, stasionarda müşahində altında 4 209 vətəndaşdır.

Bununla yanaşı, kovid-mehmanxanalarda 788 insan qalmaqdadır.

Üç may göstəricilərilə, Gürcüstanda koronavirusun 509 yeni halı aşkar edildi, 1 1 200 pasiyent müalicə olunaraq sağaldı.

Şərh yaz