Gürcüstanda koronavirusun 780 yeni halı qeydə alındı, 1 608 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 780 yeni halı qeydə alındı, 1 608 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 780 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 247 805 halı təsdiq olunub. Buradan 232 993 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 1 608 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 17 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 2 933-ə çatdı.

Karantin rejimində 472 vətəndaş, stasionarda müşahində altında 3 659 vətəndaşdır.

Bununla yanaşı, kovid-mehmanxanalarda 649 insan qalmaqdadır.