Gürcüstanda koronavirusun 740 yeni halı qeydə alındı, 496 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 740 yeni halı qeydə alındı, 496 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 740 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 266 462 halı təsdiq olunub. Buradan 259 228 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 496 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 14 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 3 377-ə çatdı.

Karantin rejimində 242 vətəndaş, stasionarda müşahində altında 1 848 vətəndaşdır.

Bununla yanaşı, kovid-mehmanxanalarda 230 insan qalmaqdadır.

15 fevral göstəriciləri ilə, Gürcüstanda koronavirusun 165 yeni halı aşkar edildi, 639 insan müalicə olunaraq sağaldı.