Gürcüstanda koronavirusun 578 yeni halı qeydə alındı, 659 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 578 yeni halı qeydə alındı, 659 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 578 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 295 936 halı təsdiq olunub. Buradan 281 574 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 659 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha on pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 3 949-a çatdı.

Karantin rejimində 277 vətəndaş, stasionarda müşahində altında 3 174 vətəndaşdır.

Bununla yanaşı, kovid-mehmanxanalarda 783 insan qalmaqdadır.