Gürcüstanda koronavirusun 5 381 yeni halı qeydə alındı, 1 065 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 5 381 yeni halı qeydə alındı, 1 065 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 5 381 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 990 183 halı təsdiq olunub. Buradan 925 137 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 1 065 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 30 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 14 425-ə çatdı.

Cəmi peyvənd edildi 2 603 603 insan, bir gündə 5 631 insan. Karantin rejimində 53 vətəndaş, stasionarda müşahində altında 4 369 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 2 077 insan qalmaqdadır.

Bununla yanaşı, 14 yanvar durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 5 567 halı qeydə alındı, 1 661 pasiyent müalicə olunaraq sağaldı, 36 pasiyent vəfat etdi.