Gürcüstanda koronavirusun 493 yeni halı qeydə alındı, 552 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 493 yeni halı qeydə alındı, 552 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 493 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 268 995 halı təsdiq olunub. Buradan 262 796 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 552 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 10 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 3 457-ə çatdı.

Karantin rejimində 285 vətəndaş, stasionarda müşahində altında 1 606 vətəndaşdır.

Bununla yanaşı, kovid-mehmanxanalarda 192 insan qalmaqdadır.

Şərh yaz