Gürcüstanda koronavirusun 4 780 yeni halı qeydə alındı, 3 489 pasient sağaldı
Gürcüstanda koronavirusun 4 780 yeni halı qeydə alındı, 3 489 pasient sağaldı

Gürcüstanda koronavirusun 4 780 yeni halı qeydə alındı.

Bu barədə məlumat iqtidarın xüsusi veb-səhifəsi stopcov.ge-də yeniləndi.

Ölkədə son 24 saatda 3 489 nəfər sağaldı.

37 nəfər isə, həlak oldu.

Ümumilikdə, Gürcüstanda koronavirusun 123 470 halı qeydə alınıb, onlardan 102 270 nəfər sağalıb, 1 161 isə, həlak olub.

Karantin rejimində 2 114 nəfər qalır, xəstəxanalarda isə, 6 251 müalicə olunur.